Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi Gəncə SOS “Uşaq Kəndi”ndə xeyriyyə konserti təşkil etmişdir

01.06.2018

Balakən şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 21.05.2018-ci il tarixli 52/04 №-li məktubuna uyğun olaraq may ayının 18-dən iyun ayının 18-dək “İnsan Hüquqları Aylığı” çərçivəsində Gəncə SOS uşaq kəndində 1 iyun Beynəlxalq Uşaq Bayramı münasibətilə xeyriyyə konserti təşkil etmişdir. Tədbirdə rəngarəng musiqilər səsləndirilmişdir. Hər bir uşağa hədiyyələrin təqdim edilməsi onların böyük sevincinə səbəb olmuşdur.