10.05.2026
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib.
Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində anım tədbirləri, konsert proqramları, sərgilər, ədəbi-bədii kompozisiyalar, intellektual oyunlar və maarifləndirici görüşlər keçirilib, Ulu Öndərin sevdiyi musiqi nümunələrindən ibarət konsert proqramları təqdim olunub.
Tədbirlərdə Ümummilli Liderin zəngin dövlətçilik irsi, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri geniş şəkildə təqdim olunub, onun həyat və fəaliyyətini əks etdirən çıxışlar dinlənilib.
Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün uğurla davam etdirilir və ölkəmizin inkişafında mühüm rol oynayır.