Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələdə “Əbədiləşən ömür” adlı anım tədbiri keçirilib

08.05.2026

Mayın 7-də Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Əbədiləşən ömür” adlı anım tədbiri keçirilib.

 

Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin yeni nəsillərə çatdırılması, onun dövlətçilik yolunun əhəmiyyətinin bir daha vurğulanması və tarixi yaddaşın möhkəmləndirilməsidir.

 

Tədbir Heydər Əliyev Mərkəzində Ulu Öndərin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən və tarixi materiallardan ibarət sərgiyə baxış keçirilib. Eyni zamanda, müdrik dövlət xadiminin Azərbaycan və xalqımız qarşısında göstərdiyi əvəzsiz xidmətlər, eləcə də Qəbələyə səfərləri ilə bağlı məruzələr dinlənilib.