07.05.2026
Mayın 7-də Balakən rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bakeyevadır.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil müəssisələrinin nümayəndələri, idarə və təşkilatların rəhbər və əməkdaşları iştirak edib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyi, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verdiyi, “Qarabağnamə” tamaşasının isə məhz bu əlamətdar tarixə həsr olunduğu qeyd olunub.
Tamaşada Balakən Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, mədəniyyət işçiləri Qürbət Muradov, Nərgiz Hacıyeva, Nazim Manafov, eləcə də Mədəniyyət Mərkəzinin dram dərnəyinin üzvləri Kəmalə Qurbanova, Vüqar Mikayılov, Rasim Sərkərov, Rəfail Nəbiyev, Namiq Novruzov, Ramazan Mollaçıyev, Ramazan Abalov, Zamin Yüzbaşiyev, Nani Cavadova və Səadət Cerçiyeva tərəfindən canlandırılan obrazlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tamaşanın sonunda Ümummilli Lider Heydər Əliyevin “Qarabağnamə” tamaşası ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçıları ilə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.