06.05.2026
Mayın 5-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İrs 103 – Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Qəbələ rayon Mədəniyyət Mərkəzi, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda Qəbələ rayonunda fəaliyyət göstərən dövlət və özəl müəssisələrin gənc əməkdaşlarından ibarət komandalar iştirak ediblər.
Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən oyunda “Nic intellektual” komandası I yeri qazanıb. II yeri Qəbələ rayon Mədəniyyət Mərkəzinin komandası, III yeri isə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin komandası qazanıb.
Sonda qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə təltif olunub.