Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalının qalibi Arif Qarəhmədlinin solo konserti keçirilib

30.04.2026

Aprelin 30-da Zaqatala rayon Uşaq incəsənət məktəbinin təşkilatçılığı, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə məktəbin üçüncü sinif şagirdi Arif Qarəhmədlinin solo konserti keçirilib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin və Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının rəhbər və əməkdaşları, idarə və təşkilat nümayəndələri, mədəniyyət və təhsil işçiləri, eləcə də sənətsevərlər iştirak edib.

 

Konsert proqramı çərçivəsində “Sevgili canan”, “Ey xəyal”, “Ana”, “Nazəndə sevgilim”, “Ey Vətən”, “Bakı, əziz şəhər", “Azərbaycan”, "O sole mio”, “Sənə də qalmaz”, “Mavi əbədiyyət” kimi musiqi nömrələri ifa olunub, “Uzundərə” və “Bayram" rəqsi təqdim edilib.

 

Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov çıxışında Arif Qarəhmədlini təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

 

Arif Qarəhmədli Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalında müxtəlif illərdə uğurla çıxış edib. 2025-ci ildə keçirilmiş festivalın final mərhələsində isə I yerə layiq görülüb.