28.04.2026
Aprelin 25-də Qax rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyi və Qax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 10 komanda mübarizə aparıb.
Ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında keçirilən oyunun yekun nəticələrinə əsasən, Qax rayon 2 nömrəli orta məktəb-liseyin komandası qalib olub. Qum kənd tam orta ümumtəhsil məktəbinin komandası ikinci, Qax şəhər 4 nömrəli və Marsan kənd tam orta ümumtəhsil məktəblərinin komandaları isə üçüncü yeri tutublar.
Qaliblər kubok və diplomlarla mükafatlandırılıb.