Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş sərgi keçirilib

25.04.2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənc istedadların əl işlərindən ibarət sərgi keçirilib.

 

Tədbirin əsas məqsədi gənclər arasında milli memarlıq irsinin təbliği, şəhərsalma mədəniyyətinə marağın artırılması və istedadlı şagirdlərin yaradıcılıq potensialının nümayiş etdirilməsidir.

 

Sərgidə gənc istedadların Azərbaycanın memarlıq incilərini əks etdirən rəsm əsərləri ilə yanaşı, böyük zərifliklə hazırlanmış kiçik xalça nümunələri də nümayiş olunub. Milli ornamentlərin ilmələrdə əks olunduğu əl işləri ziyarətçilərin marağına səbəb olub.