Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

24.04.2026

Aprelin 24-də S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib.

 

Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi təşkil olunub. 

 

Çıxışlarda XX əsr Azərbaycan oftalmologiya məktəbinin yaradıcılarından biri olan akademikin zəngin elmi fəaliyyəti, şərəfli və mənalı ömür yolu barədə danışılıb. Zərifə Əliyevanın bütün həyatını xalqına və millətinə xidmətə həsr etmiş, yüksək insani keyfiyyətləri və peşəkarlığı ilə cəmiyyətin yaddaşında dərin iz qoymuş görkəmli şəxsiyyət olduğu vurğulanıb .

 

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Zərifə sevgisi, Heydər sevinci” adlı ədəbi-bədii kompozisiya və “Nurlu ömrün salnaməsi” adlı videoçarx nümayiş olunub.