22.04.2026
Aprelin 21-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
“Azərbaycan memarlığı: tarix, irs və müasirlik” mövzusunda keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, təşkilatçı qurumların əməkdaşları, müəllimlər və tələbələr iştirak edib.
Tədbirdə Azərbaycanın klassik memarlıq məktəblərini və müasir konstruksiyalarını əks etdirən videoçarx nümayiş olunub, gənc nəslin milli memarlıq ənənələrinə sahib çıxmasının və bu sahədə peşəkar kadr kimi yetişməsinin vacibliyi qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.