Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

M.İsmayılov adına diyarşünaslıq evi MKS-nin N.Nərmanov adına 8 saylı kitabxana filialı ilə birgə “Azərbaycanda insan hüquqları qorunur” mövzusunda dəyirmi masa keçirilmişdir

31.05.2018

31 may 2018-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən M.İsmayılov adına diyarşünaslıq evi MKS-nin N.Nərmanov adına 8 saylı kitabxana filialı ilə birgə “Azərbaycanda  insan hüquqları qorunur” başlığı altında dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə diyarşünaslıq evinin direktoru Tahirə Qarayeva açıq elan etdi. O çıxışında qeyd etdi ki, respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm  mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli  hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan  hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyev ilk dəfə insan hüquqları üzrə müvəkkil institunun təsis edilməsi üçün 1998-ci il 22 fevral “İnsan və Vətəndaş hüquqlarının və azadlığının təmin  edilməsi” sahəsində tədbirlər haqqında fərman habelə 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil  təsisatının yaradılması nəzərdə tutulub. Ombudsmanın yaradılması hüquqi dövlət  quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. Azərbaycanda  aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində  mühüm irəliləyiş idi. Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində  görülən işləri Beynəlxalq təşkilatlarda da yüksək qiymətləndirilir. Bu da onu göstərir ki, Azərbaycanda insan hüquqları yetərincə qorunur. Dəyirmi masada  diyarşünaslıq evi və 8 saylı filialın işçiləri mövzu ilə bağlı öz fikirlərini söylədilər.