Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib

13.04.2026

Aprelin 13-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin dəstəyi, M. F. Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala və S. Vurğun adına Folklor Evinin təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə “Bizim mədəniyyətimiz – bizim kimliyimiz” adlı tədbir keçirilib.

 

S. Vurğun adına Folklor Evində keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki Gənclər və İdman İdarəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatı və MİHİ Şəki şəhər komitəsinin rəhbərliyi, mədəniyyət və təhsil işçiləri, eləcə də şəhər ictimaiyyəti iştirak edib.

 

Tədbir çərçivəsində çıxışlarda mədəniyyətin cəmiyyətin inkişafındakı rolu, xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti barədə danışılıb.

 

Tədbir zamanı müxtəlif xalqların milli rəqs və musiqiləri nümayiş olunub. Bununla yanaşı, proqram çərçivəsində dünya xalqlarının mədəniyyətinə dair maraqlı viktorina təşkil edilib, fəal iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub.