Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Turan qəsəbə Uşaq Musiqi məktəbində “Narkomaniyaya qarşı mübarizə” başlığı altında tədbir keçirildi

29.05.2018

Şəki şəhər Turan qəsəbə Uşaq Musiqi məktəbi  və  MKS-nin 28  saylı kitabxana filialı ilə  birlikdə 29  may  2018- ci  il  tarixdə “Narkomaniya ilə mübarizə” mövzusunda  tədbir   keçirildi. Tədbirdə Turan qəsəbə xəstəxanasının  başhəkimi Zümrüd Mövlamova, baş  tibb bacısı Arifə Kərimova, qəsəbə tam  orta  məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Turan qəsəbə Uşaq Musiqi məktəbinin müdiri Aygün Tağıyeva açdı, “Narkomaniya  ilə  mübarizə” haqqında həkim Zümrüd Mövlamova,  M.Allahverdiyeva  çıxış etdilər. Sonra məktəb  şagirdlərini  maraqlandıran sualları həkim cavablandırdı. Sonda MKS-nin 28 saylı kitabxana filialının hazırladığı “Narkomaniya bəşəri bəladır” adlı sərgiyə baxış oldu.