Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki-Zaqatala regionunda 31 Mart soyqırımı qurbanlarıının xatirəsi anılıb

31.03.2026

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Tədbirlər çərçivəsində anım mərasimləri, dəyirmi masalar, mühazirələr, ədəbi-bədii kompozisiyalar, foto və kitab sərgiləri keçirilib, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.

 

Keçirilən tədbirlər tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin təbliği və 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün mahiyyətinin geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm yer tutur.