Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

17.03.2026

Martın 17-də Şəki şəhərində Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.

Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki Yuxarı Baş Tarix-Memarlıq Qoruğunun və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə qoruğun ərazisində keçirilib.

 

Bayram tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda Novruz bayramının Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin ayrılmaz tərkib hissəsi olduğu, əsrlər boyu xalqımızın birlik, həmrəylik və yenilənmə dəyərlərini yaşatdığı vurğulanıb.

 

Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Şəki şəhərində də Novruz ənənələri yüksək səviyyədə qorunur və gələcək nəsillərə ötürülür.

 

Tədbirin bədii hissəsində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin "Abay", Uşaq incəsənət məktəbinin və Şəki Dövlət Regional Kollecinin rəqs kollektivi, Ələfsər Şəkili adına "Zurnaçılar", 3 nömrəli Uşaq musiqi məktəbinin "Nağaraçılar", Turan qəsəbə Uşaq musiqi məktəbinin "Buta" saz ansamblı, 4 nömrəli Uşaq musiqi məktəbinin müəllimləri - Vüqar Rüstəmli, Mustafa Məmmədov, 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Hüsniyyə Hacıyeva, "Nuxa" xalq kollektivinin bədii rəhbəri Yusif Yusifli və Şəki şəhərində fəaliyyət göstərən ifaçı Sərxan Hüseyinli tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub, Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib.

 

Tədbir çərçivəsində Novruz ənənələrinə uyğun olaraq bayram tonqalı qalanıb, müxtəlif bayram atributları nümayiş etdirilib.

 

Şəhər sakinləri və qonaqlar üçün təşkil olunan bayram proqramı Novruzun yüksək əhval-ruhiyyəsini və milli-mənəvi dəyərlərin zənginliyini bir daha nümayiş etdirib.