Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mədəniyyət Mərkəzində mübarək Ramazan ayına həsr olunmuş “Mərhəmət, bərəkət ayı Ramazan və onun fəzilətləri” adlı görüş keçirilib

29.05.2018

Zaqatala rayon Mədəniyyət Mərkəzində mübarək Ramazan ayına həsr olunmuş “Mərhəmət, bərəkət ayı Ramazan və onun fəzilətləri” adlı Mədəniyyət işçilərinin Bakı İslam Universitetinin Zaqatala filialının müəllimləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə mərkəzin direktoru Aybəniz Heydərova açaraq 11 ayın sultanı olan Ramazan ayının gəlişi münasibətilə təbrik etdi və sözü tərcüməçi müəllim Səfa Muradova verdi. Tədbirdə həmçinin Universitetin müəllimi Hafiz Laçın Laçınov da iştirak edirdi. Mədəniyyət işçilərini maraqlandıran suallar cavablandırıldı. Sonda mübarək Ramazan ayı münasibəti ilə bütün İslam aləminə, dünya insanlarına hüzur barış arzulandı.