Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “İnklüziv Bahar” tədbiri keçirilib

05.03.2026

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının və Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Şəkidə – İnklüziv Bahar” adlı tədbir keçirilib.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdən əvvəl benefisiarlar Ümummilli Lider Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi və eksponatlarla tanış olublar.

 

Daha sonra mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan rəsm və tətbiqi sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Tədbirin bədii hissəsində Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın və şagirdlərin ifasında musiqi nömrələri təqdim olunub. Eyni zamanda benefisiarların ifasında şeirlər səsləndirilib və müxtəlif musiqi nümunələri təqdim edilib.

 

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.