Qax rayon Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr olunmuş rəngarəng bayram tədbiri keçirilib. Heydər Əliyev Mərkəzi, S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Qax MKS-in filiallarının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir Od çərşənbəsinin hərarətini, 8 Mart Beynəlxalq Qadınlar Gününün zərifliyini və müqəddəs Ramazan ayının mənəvi hazırlığını özündə birləşdirib