03.03.2026
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin və Mərkəzin tabeliyində fəaliyyət göstərən Baş Küngüt kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə Baş Küngüt kəndində Od çərşənbəsi münasibəilə "Alovun nəfəsi" adlı konsert proqramı keçirilib.
Tədbirdə mədəniyyət işçiləri, icra və bələdiyyə nümayəndələri, kənd əhalisi iştirak edib.
Konsert çərçivəsində Novruz adətləri ilə bağlı məlumatlar verilirb, Mədəniyyət Mərkəzinin əməkdaşları, ER rəqs, "Zurnaçılar" qrupunun novruz çıxışları bayrama daha da rəng qatıb.
Tədbirdə mədəniyyət işçiləri ilə kənd ağsaqqalları arasında yumurta döyüşü, zəngin tarixi olan Novruz bayramının adət-ənənələri ilə bağlı maraqlı söhbətlər, bayram zarafatları daha da yaddaqalan olub.
Qeyd edək ki, xalqımızın qədim adətlərindən olan Novruz yeni gün deməkdir və bu çərşənbə sayca su çərşənbəsində sonra gələn ikinci, yəni Od çərşənbəsi adlanır.