Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələri tərəfindən korrupsiyaya qarşı mübarizə mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib

02.03.2026

Tədbirlər çərçivəsində dəyirmi masalar, maarifləndirici seminarlar, açıq müzakirələr və təqdimatlar təşkil edilib. Çıxış edənlər korrupsiyanın cəmiyyətə vurduğu zərərdən bəhs edərək, dövlət qulluğunda və mədəniyyət müəssisələrində şəffaf fəaliyyətin vacibliyini vurğulayıblar. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda yüksək mənəvi dəyərlərin, vətəndaş məsuliyyətinin və ictimai fəallığın artırılması ilə mümkündür.

 

Müzakirələr zamanı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun əsas müddəaları, etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

 

Tədbirlərin sonunda iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər səsləndirilib. Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlərin mütəmadi təşkili cəmiyyətdə şəffaflıq və hesabatlılıq mühitinin formalaşmasına töhfə verir.

 

Silsilə tədbirlərin regionun müxtəlif şəhər və rayonlarında davam etdirilməsi nəzərdə tutulur.