Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ şəhər Uşaq İncəsənət məktəbində ustad dərsləri keçiriləcək

02.03.2026

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə martın 4-də Qəbələ şəhər Uşaq İncəsənət məktəbində ustad dərsləri keçiriləcək.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan, fortepiano və tar ixtisaslarını əhatə edən ustad dərslərində idarənin tabeliyindəki məktəblərin müvafiq ixtisaslar üzrə müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.