26.02.2026
Oğuz rayon Mərkəzi Kitabxananın, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, Oğuz rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Unudulmayan tarix, yeni qanadlanmış ümidlər” adlı ədəbi - bədii tədbir keçirilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, YAP Oğuz rayon təşkilatının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid ailələri, Xocalı sakinləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və məktəblilər iştirak ediib.
Tədbirin əvvəlində Xocalı qurbanlarının və Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin tarixi əhəmiyyəti, erməni işğalçılarının törətdiyi vəhşiliklər və bu hadisənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq, gələcək nəsillərə milli birliyin, mübarizə əzminin və ədalət uğrunda mübarizənin simvolu kimi ötürüləcəkdir. Bu gün azad Xocalıda dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərin ruhunu ucaldır, xalqımızın tarixi ədalətə qovuşduğunu göstərir. Hər birimiz bu faciəni unutmadan, milli həmrəyliyimizi daha da gücləndirməli, Vətənimizin inkişafı və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün çalışmalıyıq.
Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin, Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseyin şagirdlərin təqdimatında monoloq və ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Ayxan Həsənlinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tədbirin sonunda Mədəniyyət Naziliyinin sifarişi ilə çəkilən “Doğma torpaq” filminə baxış keçirilib. Həmçinin Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş "Ruhlar şəhəri Xocalı" adlı kitablardan və uşaqların çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.