Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı silsilə anım tədbirləri keçirilib

26.02.2026

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələri tərəfindən Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri təşkil edilib.

Tədbirlər çərçivəsində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib, faciənin tarixi mahiyyəti, insanlığa qarşı törədilmiş ağır cinayətlər və bu hadisələrin milli yaddaşımızdakı yeri haqqında geniş məlumat verilib. Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımlardan biridir və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Anım tədbirlərində çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin rolunu vurğulayıb, Xocalı həqiqətlərinin unudulmamasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd ediblər. Proqram çərçivəsində foto-sərgilər, sənədli materialların nümayişi, ədəbi-bədii kompozisiyalar və mövzuya uyğun çıxışlar təqdim olunub.

Silsilə tədbirlərin əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini anmaq, tarixi həqiqətləri təbliğ etmək və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını daha da gücləndirmək olub.