25.02.2026
Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində 26 fevral Xocalı faciəsinin 34 illiyi ilə əlaqədar İsmayıl Dağıstanlı adına Xalq Teatrının hazırladığı “Sən də azadsan” tamaşasının təqdimatı olub. Tamaşanın müəllifi Zümrüd Quliyeva, quruluşçu rejissor Şəmsəddin Quliyev, quruluşçu rəssam isə Qoşqar Fətəliyevdir. Rollarda: Aydan Əhmədli, Nəvai Əliyev, Yusif Qurbanov və Şəmsəddin Quliyev çıxış edib.