25.02.2026
24 fevral 2026- cı il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi Elnur İsmayılovun 25 illik yubileyinə həsr olunmuş "Əbədiyyətə ucalan 19-cu bahar" adlı yubiley tədbiri keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, Şəki Zaqatala Regional Mədəniyyət İdarəsinin, YAP Şəki şəhər təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, MİHİ Şəki şəhər Komitəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, bir sıra dövlət orqanlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbiçilər iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elnur İsmayılovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbir boyu Şəhidin əziz xatirəsinə həsr olunmuş rəqs nömrələri nümayiş etdirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Çıxış edənlər Elnur İsmayılovun göstərdiyi misilsiz qəhrəmanlıqdan, onun Vətənin ərazi bütövlüyü uğrunda canından keçməsindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs ediblər.
Tədbirin əsas məqsədi Şəhidin 25 illik yubileyinin qeyd olunması, onun əziz xatirəsinin ehtiramla yad edilməsi, şəhidlik anlayışının cəmiyyətə , xüsusilə gənclərə daha dərindən aşılanması, Vətən uğrunda canından keçən igidlərin heç zaman unudulmadığını bir daha diqqətə çatdırmaqdır.