Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

V.İbrahim adına folklor evi və B.Axundov adına folklor evi 8 saylı beynəlxalq tam orta məktəbin şagirdləri ilə “Uşaqlar bizim gələcəyimizdir“ adlı ədəbi-bədii gecə keçirilmişdir

01.06.2018

01 iyun  2018 ci il  tarixdə  V.İbrahim adına folklor evi və  B.Axundov  adına folklor evi , 8 saylı  beynəlxalq tam orta məktəbin şagirdləri ilə birgə  01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir“ adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə ilk öncə Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə 8 saylı beynəlxalq tam orta məktəbin müəllimi Təranə Abdulvahabova açdı. O, çıxışında  qeyd etdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq huquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixi uşaqların beynəlxalq müdafiəsi nəhəsr etmək qərara  alınıb.Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi  kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi,bu gün Azərbaycanda da qeyd edilir. Bu ələmətdar gün nəinki uşaqların ən çox sevdiyi gün,eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını xatırladan bir gündür. Beynəlxalq uşaq günü dünya ictimayyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyək,uşaqların sağlamlığının qoruması, onların demokratik ənənələrlə  düzgün tərbiyəsi  günüdür. Uşaq şeirində deyildiyi kimi desək, “Qoy həmişə günəş olsun,qoy həmişə sülh olsun,qoy həmişə mən olum”!

Sonra şagirdlər şeirlər, mahnılar səsləndirdilər, səhnəçik göstərdilər və rəqs etdilər. Tədbirdə məktəb müəllimləri və valideyinləri yaxından iştirak etdilər.