Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər 4№li uşaq musiqi məktəbində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat konserti təşkil edilmişdir

31.05.2018

Şəki şəhər 4№li uşaq musiqi məktəbində 31 may 2018-ci il tarixində  2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş  hesabat konserti təşkil edilmişdir. Tədbirdə il ərzində  əla təhsil və nümünəvi əxlaqı ilə seçilən şagirdlər məktəb rəhbərliyi tərəfindən “Fəxri Fərman “la təltif olunmuşlar.

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının musiqiləri, həmçinin kamera orkestrinin, Xalq Çalğı Alətləri ansamblının rəngarəng musiqi nömrələri  valideynlər  və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanmışdır.