12.02.2026
Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxananın və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şəhərsalma və Memarlıq İli çərçivəsində "Heydər Əliyev və Azərbaycan memarlığı" mövzusunda tədbir keçirilib.
Tədbirdə bir sıra dövlət qurumlarından nümayəndələr və mədəniyyət işçiləri iştirak edib. Öncə iştirakçılar Azərbaycan və dünya memarlığına həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə çıxış edənlər ümumilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs ediblər. Qeyd edilib ki, bu sahədə Ulu Öndərin həyata keçirdiyi işlər sayəsində şəhərlərin müasir simasının formalaşdırılmasının əsası qoyulub. Onun müəyyən etdiyi siyasət nəticəsində şəhərsalma sahəsində sistemli yanaşma formalaşıb və milli memarlıq ənənələri qorunmaqla müasir üslub tətbiq olunub.
Vurğulanıb ki, bu gün də həmin siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin Vətən müharibəsi və antiterror tədbirlərində sonra işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri o cümlədən əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində atdığı addımlar xüsusilə təqdirəlayiqdir.
Tədbirdə həmçinin, mövzu ilə bağlı videoçarx nümayiş olunub.