Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baş Zəyzid kənd sənətkarlıq evində MKS-nin 49 saylı filialı ilə birlikdə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keşirildi

01.06.2018

 

    2018-ci ilin iyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Baş Zəyzid kənd sənətkarlıq evində MKS-nin 49 saylı filialı ilə birlikdə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keşirildi. Tədbiri giriş sözü ilə açan sənətkarlıq evinin direktoru Xanlar Mahmudov qeyd etdi ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub. MKS-nin 49 saylı filialının müdiri Zamiq Abbasov da çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.   1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir.

Baş Zəyzid Bələdiyyəsinin mühasibi Vəfa Məmmədli çıxış edərkən xüsusi ilə qeyd etdi ki, XX əsrdə uşaqlar daha çox təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara məruz qalmışdır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, soyqırımları yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insan hüquqları kobudcasına pozulmuşdur. İndi də dünyanın bir çox ölkələrində uşaqlar aclıqdan əziyyət çəkirlər. Uşaq alveri, uşaqların bədən orqanlarının çıxarılaraq satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir. Erməni faşistləri minlərlə azərbaycanlı uşağını xüsusi amansızlıqla qətlə yetirmiş, onlara qarşı misli görünməmiş zorakılıqlar törətmişlər. Baş Zəyzid kənd tam orta məktəbin dərs hissə müdiri Nəzir Həbillayev çıxışında qeyd etmişdirki, gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdir. İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. Sonda tədbir iştirakçıları Baş Zəyzid kənd sənətkarlıq evi dram dərnəyinin və Baş Zəyzid kənd tam orta məktəbin şagirdləri ilə birlikdə hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.