Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialı birlikdə “Bu günün uşaqları, sabahın böyükləri...” adlı tədbir təşkil etmişdir

01.06.2018

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Şəki Heydər Əliyev Mərkəzində Şəki şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialı birlikdə “Bu günün uşaqları, sabahın böyükləri...” adlı tədbir təşkil etmişdir.

Tədbirdə şəhər 9,11,20 saylı uşaq baxçalarının fidan balaları və Şəki Təhsil Şöbəsinin nümayəndəsi iştirak etmişdir.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ardından balaca fidanların ifasında şerlər və mahnılar səsləndirildi. Daha sonra uşaqlar üçün hazırlanan “Heydər Əliyev və uşaqlara həsr edilmiş film” nümayiş olundu. Tədbirdə uşaqlar üçün “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-Tıq xanım” nağılı nümayiş olundu.

Sonda Təhsil Şöbəsinin nümayəndəsi Təranə  müəllimə və 11 saylı baxçanın direktoru Rəhilə müəllimə çıxış edərək, tədbirin təşkilatçılarına  öz təşəkkürlərini bildirdilər.