Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Pis vərdişə yox deyək”

20.05.2018

20 may 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin  tabeliyində fəaliyyət göstərən Kiçik Dəhnə diyarşunaslıq klubu kitabxana filialı ilə birlikdə Narkomaniya ilə mübarizə günü ilə əlaqədar “Pis vərdişə yox deyək” mövzusunda  mühazirə təşkil etmişdi. Tədbirdə 1 və 2 nömrəli məktəbin müəllim və şagirdləri, İcra nümayəndəsi A.Mirhəsənov və kənd əhalisi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Əvəz Nəsullayev açdı. O, narkomaniyanın insan həyatına vurduğu ağır zərbələrdən danışdı. Sonra jurnalist E.Abdullayev, Könül Babayeva, 2 nömrəli məktəbin müəllimi Adil Yusifov və Qarabağ Veteranlar Şurasının sədri şagirdlərə həyat tərzi haqqında geniş məsləhətlər verdilər. Həyatı, vətəni sevməyi, vətənpərvər olmalarını, xalq üçün, cəmiyyət üçün dəyərli insan olmalarını arzuladılar.