Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədinə Gülgünün 100 illik yubileyi qeyd edilib

16.01.2026

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində şairə Mədinə Gülgünün anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

Təşkil edilən tədbirlər çərçivəsində Mədinə Gülgün yaradıcılığından, əsərlərindəki səmimiyyətdən və Azərbaycan ədəbiyyatındakı mövqeyinin yüksək qiymətləndirildiyi qeyd edilib. Şairənin vətənpərvərlik və lirik ruhlu şeirləri və sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.

 

Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd, şairənin zəngin ədəbi irsini yaşatmaq, onun Azərbaycan poeziyasına verdiyi töhfələri gənc nəslə çatdırmaq və xatirəsini ehtiramla yad etməkdir.