Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Beynəlxalq Kino Günü ilə əlaqədar tədbir keçirilib

16.01.2026

 

15 yanvar 2025-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Kino Günü" münasibətilə "Kadrlar arasında Azərbaycan" mövzusunda ədəbi-bədii tədbir keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir çərçivəsində Azərbaycan kinolarını əks etdirən kadrlardan ibarət qısametrajlı film təqdim olunub. Filmlərdən; "Gilan qızı", "Sən niyə susursan?", "Həm ziyarət, həm ticarət" və s; filmlərin adlarını qeyd etmək olar. Son illərdə Şəkidə lentə alınan, kinorejissor Vahid Mustafayevin ərsəyə gətirdiyi "Xoca" filmi haqqında videosüjet təqdim olunub. 

 

Tədbirdə Azərbaycan filmlərinin adlarından ibarət "Tapmaca" oyunu oynanılıb. Filmlər təqdim olunub, qonaqlar film adlarını tapmağa çalışıb. 

 

Mədəniyyət Mərkəzinin "Nuxa" xalq kollektivinin rəhbəri Yusif Yusifli tərəfindən səsləndirilən "O, qızı tapın" filmindən "Kimsən sən?" və "Qaynana" filmindən "Biz mehriban ailəyik" musiqi nümunələri tədbirə rəng qatıb.