28.12.2025
Dekabrın 27-də Balakən rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə "Mənim Azərbaycanım" adlı konsert proqramı keçirilib.
Balakən rayon UİM-də təşkil edilən konsertdə Şəki-Zaqatala RMİ-nin rəhbərliyi və əməkdaşları, Balakən rayin İH-nin başçısının müavini Nəzakət Rüstəmova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Səxavət Məmmədov, məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri iştirak edib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala RMİ-nin rəis v.s.i.e Ülkər Mahmudova, Balakən rayin İH-nin başçısının müavini Nəzakət Rüstəmova və ADMİU-nin baş müəllimi Səxavət Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqını təbrik edib, suveren və həmrəy olmağı arzu ediblər.
Məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı və uşaq xorunun birgə iştirakı ilə" Heyratı" muğamı əsasında "Zəfər" marşı tamaşaçılara təqdim edilib, ardından Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Konsert proqramı rəngarəng müsiqi nümunələrinin təqdim edilməsi ilə davam edib.