Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qumlaq kənd kitabxanasının məktəb kitabxanası ilə birlikdə hazırladığı “Əlifba kitabının nağılı” adlı nağıl səhərciyi keçirildi

31.05.2018

31.05.2018-ci il tarixdə Qumlaq kənd kitabxanasının məktəb kitabxanası ilə birlikdə hazırladığı kitab təbliğinə, mütaliə mədəniyyətinə həsr olunmuş “Əlifba kitabının nağılı” adlı nağıl səhərciyi keçirildi. Kitabxananın nağıl otağında başlayan tədbirin bir hissəsi məktəbin akt zalında davam etdirildi. “Sirli- sehirli nağıllar”, “Nağıllar aləminə səyahət” adlı sərgilər tərtib edilmişdir. Sərgilərdə oxucuların nağıllar əsasında çəkdiyi şəkillər nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə kitabxanaçı Ruziyə Ağababayeva  açaraq mövzu haqqında məlumat verərək, kitablar, mütaliə, kitab oxumağın faydaları haqqında danışdı. Daha sonra III sinif şagirdlərindən Rəksanə Abbasova, Ülvi Abdurahmanov, Nərmin Abdullayeva, Turac Şərifova, Səma Əzimova, Sübhan Salamlı, Sənan İsrəfilov, Mədinə Camalova, Ceyhun Salahov, Ziya Əhmədov, Fidan İsrəfilova, Nurlan Qədirov, Arzu Vahabova, Ülfət Xəlilova, Rəhman Abduləzizov Gülarə Munisin “Əlifba kitabının nağılı” adlı hekayəsini səhnələşdirilmiş formada təqdim etdilər. Kitaba, müəllimə, ana dilinə aid şeirlər, kitab haqqında hikmətli kəlamlar söylədilər və “Can Azərbaycan”, “Dostluq gərəkdir”, “Xoşbəxt olsun uşaqlar” mahnılarını oxudular. Tədbirdə məktəbin ibtidai sinifləri, V, VII və XI sinif  şagirdləri iştirak edirdilər. Səhərcik iştirakçılar tərəfindən maraqla  və alqışlarla qarşılandı.

Yekunda kitabxanaçı tədbirin keçirilməsində yaxından köməklik göstərdiklərinə görə Validə Məhyəddinovaya və III sinif şagirdlərinə minnətdarlığını bildirdi, uşaqlara hədiyyələr təqdim etdi.