Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 2 nömrəli Uşaq Musiqi məktəbində Rəcəb Səlimovun sinif konserti keçirildi

27.05.2018

Şəki 2 nömrəli Uşaq Musiqi məktəbində daha bir konsert proqramı təşkil edilmişdir. Belə ki, 27 may 2018-ci il tarixdə məktəbin tar ixtisası üzrə müəllimi Rəcəb Səlimovun sinif konserti keçirildi. Konsertdə Azərbaycan, xarici ölkə bəstəkarlarının əsərləri Rəcəb müəllimin şagirdləri tərəfindən ifa olunmuşdur. Konsertdə həmçinin xarici ölkə bəstəkarlarının əsərlərinin   Rəcəb müəllim tərəfindən bir, iki və hətta üç tar ilə fortepiano üçün işləmələri səsləndirilmişdir. Həmin işlənmiş əsərlər Metodiki Kabinetə təqdim olunub və yaxın vaxtlarda 470 səhifəlik müxtəlif kitablar işıq üzü görəcək. Konsertdə iştirak edən müəllim-şagird və qonaqlar milli alət olan tarın texniki imkanlarının çox böyük olduğunun şahidi oldular. Həm texniki, həm də lirik əsərlər məktəbin şagirdləri tərəfindən yüksək məharətlə ifa olundu.

Sonda məktəbin direktoru Tərlan Məmmədov çıxış edərək müəllim Rəcəb Səlimova və şagirdlərinə təşəkkürünü bildirib onlara uğurlar arzuladı.