Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Zaqatala rayonu Göyəm kənd mədəniyyət evi “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq səhərciyi keçirmişdir

01.06.2018

Zaqatala rayonu Göyəm kənd mədəniyyət evi 31 may 2018-ci il tarixində uşaq baxçası  ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq səhərciyi keçirmişdir. Tədbiri giriş sözü ilə baxçanın müdiri Gövhər Qədirova açmışdır. Tədbirdə körpə fidanların ifasında şerlər və mahnılar səslənmişdir. Tədbir olduqca şən və maraqlı keçmişdir. Şən musiqi sədaları altında balacalar rəqs etmişlər.