Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Ömrünü xalqına həsr etmiş lider” adlı X Kitab bayramı keçirildi

30.05.2018

Artıq ənənə halını almış kitab bayramları silsiləsindən “Ömrünü xalqına həsr etmiş lider” adlı X Kitab bayramı 30.05.2018-ci il tarixdə Şəki şəhərinin M.F.Axundzadə adına kinoteatrın qarşısında keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri qoydular. Bayram tədbiri Ümummilli lider Heydər Əliyevin-95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilmişdi. Tədbirdə 10 adda kitab sərgisi, əl işlərindən ibarət iki sərgi, “Şəms” kukla teatrı, “Nağıllar aləminə səyahət” adlı nağıl guşəsi, “Kitab çələngi”, kitablardan işlənmiş Azərbaycan bayrağı və kitablardan yazılmış AXC-100 nümayiş etdirilirdi. Sərgilərdən əlavə tərtib olunmuş proqrama əsasən musiqili, əyləncəli nömrələr də bayram tədbirini bəzəyirdi.

MKS-nin direktoru Seyid Vahabov, şəhər ziyalılarından İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi, şair Mayis Səlim, Şəki YAP-ın baş məsləhətçisi Kamil Məmmədov çıxış etdilər, şəhər 10 nömrəli məktəbin Dil və ədəbiyyat müəlliməsi Şəfəq Xəlilova Vətənə, Azərbaycana və Ana dilimizə aid şeirlər səsləndirdi.

İl ərzində Mərkəzi kitabxanada keçirilmiş “Kitabsevər uşaqlar” virtual səhifəsində keçirilən “Nağıllara səyahət” ,Azərbaycanın görkəmli mütəfəkkiri İ.Nəsiminin vəfatının 600, Ümummilli lider H.Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırıldılar.

Şəki 1 nömrəli Uşaq incəsənət məktəbinin müəlliməsi Xumar Əsədovanın rəhbərliyi ilə rəqs qrupu, 3 nömrəli musiqi məktəbinin “Şəms” rəqs qrupu və 10 nömrəli məktəbin ibtidai sinif şagirdlərinin ifasında “Lalələr”  rəqsləri ifa etdilər.                                             

Mərkəzi kitabxananın və kitabxana filialların fəal oxucuları vətənpərvərlik mövzusunda və H.Əliyevə həsr olunmuş şeirlər və kompozisiyalar “Əli və Nino”, “Ana və poçtalyon” əsərlərindən səhnəcikləri nümayiş etdirdilər.