Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Film nümayişi davam edir

20.12.2017

20 dekabr  2017- ci il tarixində M.F.Axundzadə  adına Şəki  şəhər  Mədəniyyət  Mərkəzinin  tamaşa  zalında “Vəkil  hanı” filmi nümayiş olunmuşdur. Rejissoru  Ülviyyə  Könül olan  bu film  2011-ci ildə Azərbaycan  Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə  ekranlaşdırılmış  və  tamaşaçılar tərəfindən böyük rəğbət qazanmışdır.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Naina İbrahimova və başqaları çəkilmişlər.

       Filmdə cavan bir vəkilin başına gələn hadisələrdən söz açılır.

Film tamaşaçılar tərəfindən çox bəyənilmişdir.