Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəkidə ”İntellektual oyun” keçirilib

03.10.2025

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki-Zaqatala Gənclər və İdman İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin təşkilatçılığı ilə nə?, harada?, nə zaman? İntellektual oyun keçirilib.

Şəki-Zaqatala RMİ-nin rəisi Emil Bədəlov çıxış edərək komandalara uğurlar arzu edib və oyunu açıq elan edib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən oyunda Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərindən ibarət 6 komanda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Oyunda ümumi dünya görüşü, mədəniyyət, idman və tarix mövzusunda suallar səsləndirilib. Komandalar: Şəki komandası l yer, Zaqatala ll, Oğuz lll, Qəbələ lV, Qax və Balakən komandası isə eyni sayda xal qazandıqları üçün V yere layiq görülüb, iştirakçılar təşkilatçı qurumlar tərəfindən kubok və medallarla təltif olunub.

M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Yusifli və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi Anar Həsənovun ifasında milli musiqi nümunələri səsləndirilib.