25.08.2025
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, şəhər 3 və 4 nömrəli Uşaq Musiqi məktəbləri və Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə muğam sənətinin tarixi inkişaf mərhələləri, onun Azərbaycan musiqi mədəniyyətindəki rolu və bəşəri əhəmiyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, muğam sənəti əsrlərlə formalaşaraq Azərbaycan xalqının milli-mədəni kimliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan muğamı 2008-ci ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs nümunəsi kimi tanınıb və bu sənət bugün də dünya miqyasında maraqla izlənilir və öyrənilir.
Tədbirin bədii hissəsində şəhər 3 və 4 nömrəli Uşaq Musiqi məktəblərinin müəllim və şagirdləri -gənc muğam ifaçıları çıxış edərək “Şur”, "Rast", "Segah", "Bayatı-Şiraz" kimi klassik muğam əsərləri səsləndiriblər.