21.08.2025
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025"- in ikinci seçim turu Şəki-Zaqatala regionunda uğurla başa çatıb.
Uşaq İncəsənət Festival yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır.
"UİF – 2025" mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival eyni zamanda incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalı Şəki -Zaqatala regionunda 22 nöminasiya üzrə keçirilib və ümumilikdə 498 fərdi ifaçı, 10 rəqs ansamblı və 7 xor kollektivi olmaqla ümumilikdə 22 nominasiya üzrə öz istedadlarını nümayiş etdiriblər. İkinci mərhələnin qalibləri festivalın yekun mərhələsində iştirak etmək hüququ əldə edəcəklər..