Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki mərkəzi kitabxanasında Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabı müzakirə olundu

16.05.2018

16.05.2018-ci il tarixdə Şəki mərkəzi kitabxanasında Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabı müzakirə olundu. Tədbiri MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayeva açdı. O, kitabxanada yerləşən bu kitabın müzakirəsinə yığışmağın səbəbi haqda məlumat verərək qeyd etdi ki, VII yüzilliyin abidəsi Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəri üç hissədən ibarətdir və müəllif barədə müxtəlif fikirlər söylənilsə də bu günə gəlib çatan kitabın müəllifinin Moisey Kalankatuklu olduğu yəqindir.

Kitabda Qafqaz albaniyasının tarixi, etnoqrafiyası və Şərqin maarifpərvərliyi və digər hadisələr şərh olunur. Həmçinin Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı. E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur –Dərbəndarası bölgə, indi  Ermənistana  aid  Göyçə  və  Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi. Lakin  Azərbaycanın  Kür çayının  Arazla  birləşdiyi  yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların ərazisi və Naxçıvan qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən min il ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir. Alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır. Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir, lakin xınalıqlıların ulu əcdadları V əsrə aid bir mənbədə albanlarda bir tayfanın adı kimi qeyd etdiyi qat tayfasıdır, xınalıqlılar özlərinə indi də kət deyirlər. 

Sonra kitabxananın əməkdaşı Gülər Məhyəddinova çıxış edərək qeyd etdi ki, Albaniya toponimlərinin çoxu Musa Kalankatlının Alban tarixində qeyd edilmişdir. Lakin tədqiqat göstərmişdir ki, bu mənbədə göstərilən yer adlarını iki qismə ayırırlar: Albaniyada yaşamış tayfaların adlarını əks etdirənlər; yerin müsbət və mənfi relyef formalarını bildirən sözlərdən ibarət adlar. Birinci qrupa Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Medz-Arank, Medz-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. aid edilir. Bu toponimlərin Albaniyada yaşayan türkmənşəli Abant, Araz, Aran, Qarqar, Gorus, Kəngər, Kol (Kul), Çol (Çul), Peçeneq, Tərtər, Katak, Xun (Hun) tayfalarının adlarını əks etdirir. Albaniyanın Lpink, Lubnas, Hereti və Xeni toponimləri isə Dağıstanmənşəli tayfaların adlarını əks etdirir.

Təqdimatın yekununda kitabxanada Qafqaz Albaniyasını əks etdirən bir neçə kitabın olması haqqında məlumat verildi.