Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələdə böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

10.07.2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 aprel 2025 – ci il tarixli sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. 
10 may 2025-ci il tarixində Qəbələ Mədəniyyət Mərkəzi, Qəbələ Dövlət Rəsm Qalereyası və Cığatelli kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş "Aləmdə səsim var mənim" adlı ədəbi-bədii gecə keçirilib. Gecədə rayon ictimaiyyətinin nümayəndələri, yerli yazarlar iştirak edib. Çıxış edənlər Seyid Əzim Şirvaninin yaradıcılığının olduqca çoxşaxəli olduğunu qeyd edərək bildiriblər ki, bu zəngin yaradıcılıqda əsas yer maarifçilik ideyasına məxsusdur. O, xalqını savadlı, dünyagörüşlü, məlumatlı və müasir düşüncəyə sahib görmək istəyib, bu arzunun gerçəkləşməsi üçün çalışıb, həm poeziyası, həm də pedaqoji fəaliyyəti ilə maarifçiliyi təbliğ edib. 
İ.B.Qutqaşınlı adına xalq teatrının və "Gülbuta" folklor qrupunun üzvlərinin ifasında  ədəbi-bədii kompozisiya tədbirə xüsusi rəng qatıb. Sonda şairin qəzəllərindən ibarət muğamlar ifa olunub.