Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Media savadlılığı” mövzusunda növbəti seminar-iclas Şəki və Oğuz rayonlarında keçirilib

21.06.2025

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında "Media savadlılığı" mövzusunda "Məlumatın doğruluğu hər birimizin məsuliyyətidir" adlı seminar-iclas keçirilib. 

 

Seminarda RMİ-nin media və İT üzrə məsul şəxsi tərəfindən, müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi, media savadlılığının artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

 

Şəki və Oğuz rayon Heydər Əliyev Mərkəzində təşkil edilən seminar-iclasda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki və Oğuz rayonları üzrə müəssisə rəhbərləri və media üzrə əlaqələndirici əməkdaşları iştirak edib. 

 

Qeyd edək ki, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəssisələrində fəaliyyət göstərən əməkdaşların media üzrə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 2025-ci il ərzində mütəmadi olaraq media savadlılığı mövzusunda seminarlar təşkil olunur.