Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əməyin və sağlamlığın mühafizəsi” mövzusunda Şəki şəhərində tədbir keçirilib

20.06.2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin birgə təşkilatçılığı ilə "Əməyin və sağlamlığın mühafizəsi" mövzusunda tədbir təşkil edilib.  

Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin sektor müdiri Ülkər Mahmudova, AHİK-nın Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin müdiri Adil Rəhimli, müdir müavini Ruslan Bağırov, sektorun Baş mütəxəssisi Taleh Zeynalov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva “Əməyin və sağlamlığın mühafizəsi və Uşaq əməyinin istismarına qarşı mübarizə ilə bağlı çıxış ediblər. 

Çıxış edənlər əməyin mühafizəsi və texniki təhlükəsizlik, insanların təhlükəsiz iş mühitində işləməsi üçün hüquqi, sosial-iqtisadi, texniki-təşkilati, sanitar-gigienik, müalicə-proflaktik tədbirlər toplusunun məcmusunun iş yerində tətbiqi, iş mühitinin təhlükəsiz şəkildə qurulması, işçi sağlamlığının qorunmasında əsas rolu, işçilərin təhlükəsizliyinin təmin edilməsi, onların motivasiyasının artırılması, peşə xəstəliklərinin və iş qəzalarınn baş verməsinin qarşısını alınmasından bəhs ediblər.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə, həmçinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edib.