Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda “Regionun sevimli qonağı” layihəsi çərçivəsində Vaqif Aslanla görüş keçirilib

20.06.2025

20 iyun 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Regionun sevimli qonağı” layihəsi çərçivəsində Oğuz rayon Mədəniyyət Mərkəzində tanınmış şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan ilə oxucuların görüşü keçirilib.

 

Layihənin əsas məqsədi ölkəmizdə tanınan söz və sənət adamlarını region ictimaiyyəti ilə bir araya gətirmək, onların zəngin təcrübələrini bölüşmək, gənc nəsli ilhamlandırmaqdır.

 

Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, oğuzlu yazar Nazim Hüseynli, Əməkdar müəllim və bir çox elmi məqalələrin müəllifi İmran Verdiyev, Oğuz rayonunun mədəniyyət müəssisələrinin işçiləri, poeziyasevərlər və şəhər ictimaiyyəti iştirak ediblər.

 

Görüşdə çıxış edənlər qeyd edib ki, Şəki öz görkəmli şəxsiyyətləri, istedadlı ziyalıları ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rol oynayıb. Belə şəxsiyyətlərdən biri də çoxşaxəli yaradıcılığı ilə seçilən istedadlı qələm ustası Vaqif Aslandır. O, təkcə şair kimi deyil, həm də dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanınır.

 

Tədbirin bədii hissəsində Vaqif Aslanın poetik nümunələri səsləndirilib, iştirakçılar müəllifə suallar ünvanlayıblar. Görüş qarşılıqlı səmimi dialoq şəraitində keçib.

 

Sonda şairə yeni yaradıcılıq uğurları arzulanıb.

 

Qeyd edək ki, “Regionun sevimli qonağı” layihəsi çərçivəsində ölkənin mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri ilə görüşlər davam etdiriləcək.

 

Vaqif Aslanov 1950-ci il 5 iyul tarixində Şəki şəhər Kiş kəndində anadan olub.1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirib. 1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik edib. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.

 

Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlayıb. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.

 

İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilib. Şairin

 ilk kitabı isə “Aydın” poemasıdır.