19.06.2025
19 iyun 2025-ci il tarixdə Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə yolları"adlı tədbir həyata keçirilib.
Çıxış edənlər bildiriblər ki,korrupsiya dövlətin, cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir , toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaratmaqla insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” -na əsasən bu istiqamətdə əsas hədəflər dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafına təkan verir, mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı cəza tədbirləri genişlənməkdədir.
Tədbirdə çıxış edənlər bir daha bildirib ki, korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində mədəni -maarif müəssisələri hər bir vətəndaşın,o cümlədən gənclərin bu mövzuda maariflənməsi, informasiya əldə etməsi, cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizəsini aparmalıdır.
Çıxış edənlər qanunun şəffaflığının qorunması və bu mövzuda səmərəliliyin təmin edilməsi, möhkəmləndirilməsində ümumi mübarizə yolları haqqında fikirlərini bildiriblər. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.