Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev irsinin təbliği” mövzusunda Şəkidə elmi seminar keçirilib 

14.06.2025

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə "Heydər Əliyev irsinin təbliği" mövzusunda elmi seminar keçirilib. 

 

Seminarda Şəki-Zaqatala RMİ-nin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin məsul şəxsləri Ulu Öndərin irsi ilə bağlı çıxış ediblər. 

 

Çıxş edənlər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılması həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunə olduğunu bildiriblər. 

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Uşaq İncəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında milli-vətənpərvər ruhlu musiqi nömrələri təqdim edilib. 

 

Elmi seminarda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin məsul şəxsləri, MİHİ şəki rayon Komitəsinin rəhbərliyi, Heydər Əliyev Mərkəzlərinin, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, gənclər iştirak edib.