Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Media savadlılığı” mövzusunda növbəti seminar-iclas Balakəndə keçirilib

05.06.2025

İyunun 5- də Balakən rayon Uşaq İncəsənət məktəbində "Media savadlılığı" mövzusunda seminar-iclas keçirilib. Seminarda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin media üzrə aparıcı məsləhətçisi Vüsal Həsənov, Balakən rayonu üzrə baş məsləhətçi Şəfəq Hacıyeva, Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rauf Hacıyev, Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva, müəssisə rəhbərləri və media üzrə nümayəndələr iştirak edib. 

 

Seminar iştirakçılarına media bacarıqlarının təkmilləşdirilməsi, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, axtarış aparmaq, təhlil etmək bacarığını inkişaf etdirmək, düzgün rəqəmsal bacarıqları formalaşdırmaq və əməkdaşları medianın ağıllı istehlakçılarına çevirmək məqsədilə görüləcək işlərdən bəhs edilib, mediadan səmərəli istifadə barədə tövsiyələr verilib. 

 

Qeyd edək ki, Şəki-Zaqatala RMİ-nin əhatə etdiyi regionlarda mövzu çərçivəsində seminar-iclaslar davam edəcək.